Azərbaycan yığması Litvanı məğlub yola saldı

Azərbaycan yığması Litvanı məğlub yola saldı

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında Litvanı sınağa çəkən yığma rəqibinə 35:33 hesabı ilə qalib gəlib.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Yığmamız 4-cü tur çərçivəsində martın 3-də Litvanın qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər