Azərbaycan yığması Dünya Kubokunun qalibidi

Azərbaycan yığması Dünya Kubokunun qalibidi

Tehranda yunan-Roma güləşii üzrə Dünya Kuboku başa çatıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığması turnirin qalibi adını qazanıb. 

Finalda pəhləvanlarımız Rusiya yığması ilə qarşılaşıblar. Səkkiz idmançıdan ibarət komandaların hər biri 4 qələbəyə sevinib. Həsən Əliyev, Rəsul Çunayev, Rafiq Hüseynov və İslam Abbasovun qalib gəldikləri finalda, Elman Muxtarov, Elvin Mürsəliyev, Orxan Nuriyev və Sabah Şəriəti məğlub olublar. 

Qarşılaşma 4:4 başa çatdığına görə, əlavə əmsallar hesablanıb. Bu göstəricidə rusları qabaqlayan yığmamız Dünya Kubokunun qızıl medallarına layiq görülüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər