Azərbaycan və Almaniya eyni qrupda

Azərbaycan və Almaniya eyni qrupda

"Bakı-2015"in su polosu yarışlarının püşkü atılıb. Fanat.az хəbər verir ki, kişilərin yarışında 16 komanda 4 qrupa bölünüb.

Azərbaycan millisi B qrupunda yer alıb. Komandamız bu qrupda Macarıstan, Almaniya və Rumıniya ilə mübarizə aparacaq.

Kişilər

A qrupu: İtaliya, Rusiya, Fransa, Ukrayna

B qrupu: Macarıstan, Azərbaycan, Almaniya, Rumıniya

C qrupu: Çernoqoriya, Xorvatiya, Yunanıstan, Türkiyə

D qrupu: Serbiya, İspaniya, Slovakiya, Malta

 

Qadınların yarışında isə 12 komanda 2 qrupa bölünüb. Bu yarışda Azərbaycan təmsilçisi olmayacaq. Ev sahibi kimi yarışda iştirak hüququ qazanan, lakin Avropa Oyunlarına qatılması məqbul hesab olunmayan komandamızı Rusiya əvəzləyib.

 

Qadınlar

A qrupu: Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya

B qrupu: İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa, Serbiya

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər