Rusiya Futbol İttifaqı (RFİ) Azərbaycan və Lixtenşteyn üzərində qazanılan qələbələrə görə milli komandanın üzvlərinin mükafatlarını ödəyib. Fanat.az xəbər verir ki, son zamanlar vəsait tapılmasında çətinliklərlə üzləşən RFİ bu dəfə vədini yerinə yetirib.
Qeyd edək ki, sentyabrın 8-də yığma komandamızla keçirdiyi yoxlama oyununda şimallılar 4 cavabsız qolla qalib gəlib. Lixtentenşteynə də eyni hesablı rüsvayçılığı ruslar Avropa çempionatının seçmə qrup mərhələsi matçında yaşadıblar.
Fanat.az