Azərbaycan ukraynalı olimpiya çempionunu milliləşdirmək istəyir

Azərbaycan ukraynalı olimpiya çempionunu milliləşdirmək istəyir
Rio-2016-da Olimpiya çempionu olmuş ukraynalı gimnast Oleq Vernyayev Azərbaycan millisində çıxış etmək təklifi alıb. Fanat.Az xəbər verir ki, bu barədə özü deyib:
"Mənə təklif gəlib və cavab gözləyirlər. Onlar heç hara tələsmirlər. Mənim onlara sadəcə bir siqnal verməyim kifayətdir. Sonuncu olaraq məni Almaniya dəvət edib. O cümlədən Rusiya və Azərbaycandan da təkliflər var. Lakin anlamaq lazımdır ki, mən bu məsələni nəzərdən keçirmirəm, bu haqda düşünmürəm və heç hara getməyi planlaşdırmıram. Əgər bizə yenə diqqət ayırmasalar və idmanı özbaşına buraxsalar, mən bu təklifləri nəzərdən keçirəcəyəm. Ancaq mən indi vətəndaşlığımı dəyişmək barədə düşünmürəm", - deyə Vernyayev bildirib.
Qeyd edək ki, Rioda keçirilən olimpiada zamanı Oleq Vernyayev paralel qollar üzrə yarışda qızıl, çoxnövlülük üzrə yarışlarda isə gümüş medal qazanıb. O, ötən il verdiyi müsahibədə rusların ona aylıq 5 min dollar maaş, mənzil təklif etdiyini bildirmişdi.
Onu da bildirək ki, bu idman növündə legionerimiz Oleq Stepko da Ukraynadandır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər