Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Fanat.az хəbər verir ki, Azərbaycan yığması mövqeyini qoruyub.
AVRO-2016-nın seçmə mərhələsinin qarşılaşmaları cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Bakıda baş tutan qrup oyunlarında Belçikanı 3:1, Danimarkanı 11:2 hesabı ilə məğlub edib, Ukraynaya 2:3 hesabı ilə uduzan Azərbaycan millisi 13-cü pillədə qalsa da, 13 xal itirib.
Millimiz Avropa yığmaları arasında 7-ci pillədə qalıb. Lakin dünyanın ən güclü 20 millisi arasında yer alan bəzi avropalılar geriləyib. Portuqaliya və Çexiya hərəyə 1, Rumıniya 2 pillə geriləyib. Əvəzində Sloveniya ilə Xorvatiya 1, Qazaxıstan isə 2 addım önə keçib.
Qeyd edək ki, siyahıda planetin 97 millisi yer alıb. Daha 54 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.
1. İspaniya - 1922
2. Braziliya - 1910
3. Rusiya - 1746
4. İtaliya - 1721
5. Argentina - 1679
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna - 1494
9. Kolumbiya - 1415
10. Çexiya - 1412
11. Yaponiya - 1401
12. Paraqvay - 1384
13. Azərbaycan - 1366
14. Sloveniya - 1360
15. Xorvatiya - 1340
16. Rumıniya - 1335
17. Serbiya - 1315
18. Tailand - 1295
19. Özbəkistan - 1269
20. Qazaxıstan - 1260
Fanat.az