Azərbaycan üçün avrokubok mövsümü darmadağınla başladı

Azərbaycan üçün avrokubok mövsümü darmadağınla başladı
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib. Fanat.az xəbər verir ki, ölkəmizi “Çelenc Cup”da təmsil edən "Azərreyl" ilk oyununu keçirib.
Azərbaycanın avrokuboklardakı 4 klubundan biri olan Bakı təmsilçisi "İnsbruk"la qarşılaşıb. Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 3 setdə "Azərreyl" ümumilikdə rəqibindən 31 xal artıq toplayıb. 
 
Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah saat 15.30-da çıxacaqlar.
 
Çelenc Cup
II təsnifat mərhələsi
İlk oyun, 11 noyabr
 
İnsbruk (Avstriya) - Azərreyl (Azərbaycan) 0:3 (10:25; 16:25, 18:25)
Hakimlər: Boyan Bardiç  (Xorvatiya), Kristian Vanaveski (Estoniya).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər