Azərbaycan təmsilçisi İtaliya klubuna cavab oyununda da uduzdu

Azərbaycan təmsilçisi İtaliya klubuna cavab oyununda da uduzdu

Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyanın "Jomi Salerno" klubu ilə üz-üzə gəlib.

Bu dəfə italyanlar nomimal meydan sahibi olublar. "Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma rəqibin qələbəsi ilə bitib - 36:19.

Bir gün öncə eyni arenada gerçəkləşən ilk görüşdə 19:29 hesabı ilə uduzan "Kür" mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər