Azərbaycan təmsilçisi isveçlilərlə sülh bağladı

Azərbaycan təmsilçisi isveçlilərlə sülh bağladı

Azərbaycanın "AzNur" klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.

Qeyd edək ki, "AzNur" ilk görüşdə Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlmişdi. Komanda bu gün axşam "Andezit"lə (Ukrayna) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər