Azərbaycan təmsilçiləri dünya çempionatında finala yüksəldilər

Azərbaycan təmsilçiləri dünya çempionatında finala yüksəldilər

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.

Fanat.Az xəbər verir ki, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü təsnifat mərhələsində 20.050 xalla ikinci olub.

Yaponiya (20.300) birinci, İtaliya (19.900) üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər