Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazandı - FOTOLAR

Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazandı - FOTOLAR
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Faat.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində yer alan taekvondoçu Cavad Ağayev bürünc medala sahib olub.
O, ilk görüşündə cənubi sudanlı Stefan Atemi, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadini yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda Ağayevin qarşısını cənubi koreyalı Ço Vun Hu kəsib. Beləliklə, azərbaycanlı idmançı bürünc medal əldə edib.
Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.
Fanat.Az
Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazandı - FOTOLAR Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazandı - FOTOLAR Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazandı - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər