Azərbaycan taekvondoçusu dünya üçüncüsü oldu

Azərbaycan taekvondoçusu dünya üçüncüsü oldu

Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo yığmasının daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada dünya birinciliyində medal qazanıb.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib çıxıb.

45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) hər iki raundda məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Tayvandan olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdə Məhərrəmli rəqibinə üçüncü raundda qalib gəlib.

O, yarımfinalda Minq-yu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.

Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər