Azərbaycan taekvondoçusu Avropa birinciliyində medal qazandı

Azərbaycan taekvondoçusu Avropa birinciliyində medal qazandı

Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb.

Fanat.Az xəbər verir ki, məlumatı Taekvondo Federasiyasının mətbuat xidməti yayıb. 

53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medala layiq görülüb.

Ötən gün start götürən yarışa noyabrın 8-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər