Azərbaycan taekvondoçularından ilk gündə 2 medal

Azərbaycan taekvondoçularından ilk gündə 2 medal

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.

Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.

O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib.

Yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər