Azərbaycan taekvondoçuları İranda daha 2 medal qazandı

Azərbaycan taekvondoçuları İranda daha 2 medal qazandı

İranın paytaxtı Tehranda təşkil olunan taekvondo üzrə “President Cup” beynəlxalq turniri davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Asiya regionu üzrə kişilər arasında yarışlar baş tutub.

Bu yarışlarda Azərbaycanın iki kişi taekvondoçusu medal qazanıb. G-2 kateqoriyalı turnirdə 87 kq çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov yarışın gümüş medalına sahib olub. Digər təmsilçimiz, Eltac Qafarov (74 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər