Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

Yeniyetmələrdən ibarət taekvando üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda 6 medal qazanıblar.

Fanat.Az Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə yığmamızın 6 üzvü fəxri kürsüyə yüksəlib.

Bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə "bürünc"lə kifayətləniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər