Azərbaycan "Rio-2016"ya daha bir lisenziya qazandı

Azərbaycan "Rio-2016"ya daha bir lisenziya qazandı
Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı qazanıb. Fanat.az хəbər verir ki, 3-cü lisenziyanın sahibi Hanna Skidan olub.
Atletikanın çəkicatma növündə çıxış edən 23 yaşlı idmançı Moldovanın açıq çempionatda olimpiadya lisenziya əldə edib. Hanna 72,31 metr nəticə ilə 2-ci yeri tutub. 
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın başqa bir çəkicatanı Dmitri Marşin və boksçu Albert Səlimov (60 kq) "Rio-2016"ya vəsiqə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər