Azərbaycan və Moldovanın futbol federasiyaları Antalyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi barədə razılığa gələ bilməyib. Fanat.az sports.md-yə istinadən xəbər verir ki, iki ölkə federasiyası fevralın sonunda yığma komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi barədə danışıqlar aparıb, lakin tərəflər matçın keçirilmə tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
AFFA oyunun fevralın 24-də, moldovalılar isə 22-də keçirilməsini istəyib. Məsələ ondadı ki, fevralın 14-də Rumıniya, 18-də Qazaxıstanla qarşılaşacaq moldovalılar toplanışı daha tez başa vurmaq üçün yığmamızla 22-də oynamağı lazım bilib. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədiyindən Azərbaycan - Moldova matçı baş tutmayacaq. Artıq moldovalılar bununla bağlı AFFA-ya rəsmi məktub da göndərib.
Xəbəri Moldova Futbol Federasiyasının vitse-prezidenti, Bakı “İnter”inin sabiq futbolçusu İon Testimitsianu da təsdiq edib.
Fanat.az