Azərbaycan “Minsk-2019”da ilk medalını qazandı

Azərbaycan “Minsk-2019”da ilk medalını qazandı
Azərbaycan "Minsk 2019” II Avropa Oyunlarında ilk medalını qazanıb.
Fanat.Az xəbər verir ki, akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər. Onlar 28,830 xalla gümüş medal əldə ediblər.
Yarışın qalibi 29,060 xalla Viktoriy Aksenova – Kirill Startsev (Rusiya) olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər