Azərbaycan millisində qızlarla bağlı qalmaqal: şikayətçilər var

Azərbaycan millisində qızlarla bağlı qalmaqal: şikayətçilər var

Azərbaycan futbolunda növbəti qalmaqal  baş verib. Bu dəfə problem millidə olub.

 

Qızlardan ibarət U-19 milli komandasında məşqçi ilə bağlı narazılıq var. Belə ki, U-19 millisinin qızları baş məşqçiləri Patrisia Qonzalezdən narazıdılar. Onun məşq keçməyindən, komanda üzvlərinə qarşı münasibətindən şikayət edir.

 

Hətta bu barədə U-19 millisinin bəzi üzvləri öz şikayətlərini dilə gətiriblər. Onlar publika.az-a danışarkən adlarının çəkilməsini istəməyiblər və bildiriblər ki, indiki məşqçi Patrisia Qonzalezin fəaliyyətindən narazıdılar.

 

Hətta futbolçulardan biri belə açıqlama verib: “Patrisia Qonzalezin Azərbaycanda yeri yoxdur. Bütün qızlarda mənimlə razılaşarlar ki, o, yaxşı məşqçi deyil. Keçmiş məşqçimiz Sissi Raytın geri qaytarılmasını istəyirik. O istəyirdi ki, bütün azərbaycanlı qızlar məktəbə gedib, təhsil alsınlar. Güclü oyun göstərsinlər. Hər zaman bizə kömək olub. Yenə deyirəm, kimdən istəyirsiniz soruşun -  “Sizə futbolu kim öyrətdi? Kimin məşqçiniz olmasını istəyirsiz?” hamısı keçmiş məşqçimizi - Sissi Raytı istəyəcək. Ondan yaxşı məşqçi yoxdur. Onunla danışmışıq da... Sissi də istəyir, bizimlə yenidən çalışsın”.

 

Qeyd edək ki, Sissi U-15 və U-17 qızlardan ibarət milli komandamızı çalışdırıb (2011-2013) . İndi həmin qızlar U-19-da çıxış edir. Patrisia Qonzalez isə U-19 və U-21 milli komandalarının baş məşqçisidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər