Azərbaycan - Malta oyununa 20 manatlıq bilet

Azərbaycan - Malta oyununa 20 manatlıq bilet

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb.

 

Fanat.az xəbər verir ki, Biletləri Tofiq Bəhramov adına  Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-di.

Qeyd edək ki, martın 28-də keçiriləcək Azərbaycan - Malta oyunu saat 21.00-da başlayacaq və Tofiq Bəhramov adına  Respublika stadionunda baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər