Azərbaycan - Malta oyunu türklərə tapşırıldı

Azərbaycan - Malta oyunu türklərə tapşırıldı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Malta oyununu hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı türk hakimlərə tapşırıb.

Matçda ədaləti FIFA referisi Halis Özkahya qoruyacaq. Yan хətt hakimləri Cem Satman və Ekrem Kan, dördüncü hakim isə Kamal Yılmaz olacaq. Mete Kalkavan və Tolqa Özkalfa əlavə köməkçi hakim kimi oyuna təyinat alıb.

Qeyd edək ki, Azərbaycan - Malta oyunu martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər