"Bakı" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Cüneyt Biçər özünə yeni iş yeri tapıb. Fanat.az хəbər verir ki, türk məşqçi karyerasını vətənində davam etdirəcək.
Belə ki, Biçər Türkiyənin 3-cü liqasında çıхış edən "Balçova Yaşamspor"a baş məşqçi təyin olunub. O, bu postda Altan Çətindağı əvəzləyib.
Klub prezidenti Fatih Komili açıqlamasında bildirib ki, yeni baş məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Cüneyt Biçər Azərbaycanda "Bakı" və "Xəzər Lənkəran"ın baş məşqçisi olub, Lənkəran klubunda idman direktoru vəzifəsini tutub. O, "Bakı"ya Azərbaycan Kubokunu qazandırıb.
Fanat.az