Azərbaycan Kubokunun finalı mərkəzi arenada keçirilməyəcək

Azərbaycan Kubokunun finalı mərkəzi arenada keçirilməyəcək

İyunun 3-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmayacaq. Fanat.az xəbər verir ki, bu barədə report.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

İsmayılovun sözlərinə görə, apreldən stadionda "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq işlərinə başlanılacaq. Arena kamandan oxatma yarışları üçün hazırlanacaq. Görüləcək işlərin qaçış cığırlarını əhatə edəcəyini deyən direktor ot örtüyünə hər hansı təsirin olmaması üçün çalışacaqlarını bildirib: "Stadionumuzda paralel olaraq, futbol matçları da keçiriləcək. Amma ölkə kubokunun final qarşılaşması Avropa Oyunları ərəfəsinə təsadüf edəcəyindən, görüşün bizim arenada təşkili mümkün olmayacaq".

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. Kamandan oxatma yarışları isə 16 - 22 iyunu əhatə edəcək. Azərbaycan Kubokunun final qarşılaşmaları əksərən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Son 9 il ərzində yalnız bir dəfə - 2011-2012-ci il mövsümündə kubokun həlledici matçı başqa meydanda - "Dalğa Arena"da təşkil olunub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər