Azərbaycan komandasının Çempionlar Liqasındakı rəqibləri bilindi

Azərbaycan komandasının Çempionlar Liqasındakı rəqibləri bilindi

Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın "Beerbaşa" komandasının də rəqibləri bəlli olub.

Ölkə təmsilçisi B qrupunda Rumıniyanın "AEK Oradea" (Rumıniya), Bolqarıstanın "DXC Technology" və Çexiyanın "G.I.C. La Plate de Künde Praqa" komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Monteneqroda keçiriləcək turnir avqustun 31-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər