Azərbaycan klubunun oyunlarını kimlər idarə edəcək?

Azərbaycan klubunun oyunlarını kimlər idarə edəcək?

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək "Çağırğan" klubunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, Xorvatiyada keçiriləcək 1-ci qrupda çıxış edəcək təmsilçimiz oktyabrın 20-si, 22-si və 24-də meydana çıxacaq.

"Çağırğan"ın "Zaqreb"lə ilk oyununu ukraynalı Anatolii Zabçenko idarə edəcək. Latviyanın "RTU Futbola Centr" İsveçin "Vasterqotland" klubları ilə oyunlarda isə ədaləti Sam Marinodan olan referi Conni Kasanova qoruyacaq. 

20 oktyabr

14.00 Çağırğan (Azərbaycan) - Zaqreb (Xorvatiya)

Baş hakim: Anatolii Zabçenko (Ukrayna).

Porets. "Veli Yozç" stadionu.

22 oktyabr

14.00 Çağırğan (Azərbaycan) - RTU Futbola Centr (Latviya)

Baş hakim: Conni Kasanova (San Marino).

Porets. "Veli Yozç" stadionu.

24 oktyabr

14.00 Vasterqotland (İsveç) - Çağırğan (Azərbaycan)

Baş hakim: Conni Kasanova (San Marino).

Porets. "Veli Yozç" stadionu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər