Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Simurq” - “Qəbələ” matçından sonra xoşagəlməz hadisə yaşanıb. Fanat.az хəbər verir ki, futbolinfo.az saytının əməkdaşı Zaqatala təmsilçisinin əvəzedici komandasının üzvünü siqaret çəkərkən yaхalayıb.
Olaya “sarı-qaralar”ın rəhbərliyi də biganə qalmayıb. “Simurq” əvəzedici komandasının baş məşqçisi Rövşən Babayev hadisənin "qəhrəmanlar"ını komandadan artıq qovduğunu bildirib: "Nə baş verdiyini görməmişəm. Mənə dedilər ki, belə bir hadisə olub. Buna görə də komanda daxili iclas etdik. Bu barədə rəhbərliyə də məlumat verdim. Orada olanların hamısı komandadan uzaqlaşdırılıb. Kimliyindən asılı olmayaraq, intizama riayət etməyənləri komandada saxlamaram. Gedib, özlərinə komanda tapsınlar. Biz özümüz maarifləndirmə, tərbiyə işini də aparırıq. Futbolçu gərək hər yerdə peşəkar olsun. İntizamı pozan futbolçuya heç cür bəraət qazandıra bilmərəm. Məqsədimiz odu ki, futbolçu içkidən, siqaretdən uzaq olsun".
Maraqlıdı, məsələyə görə klub rəhbərliyi baş məşqçiyə öz narazılığını bildiribmi? Babayev mövcud durumdan klub rəhbərliyinin də narahat olduğunu qeyd edib: "Buna görə klub prezidenti də öz narazılığını bildirib. Mən də məsələni araşdıracağımı qeyd etmişəm. Düzdü, həmin anda orada olmamışam. Onlara bəraət də qazandırmıram. Üçüncü ildi ki, onlarla bir yerdəyəm. Hələ belə problemimiz olmamışdı. Bunlar təzə uşaqlardı. Bizim aramızda elə adam ola bilməz".
Babayev həmin futbolçuların adlarını açıqlamaq istəməyib: "Həmin uşaqların adını çəkməklə onların gələcək karyerasını sual altında qomaq istəmirəm. Allah yollarını açıq etsin. Qoy, gedib, başqa komandada oynasınlar. Nəzərinizə çatdırım ki, onlar bizim "18-liy"ə düşməyən oyunçular idi. Azərbaycan futbolunda o qədər istedadlı futbolçu yoxdu ki, hamısını baltalayaq. Gedib, “biz niyə belə etdik” deyə düşünsünlər”.
Fanat.az