Azərbaycan klubu Qazaxıstan təmsilçisinə qalib gəldi

Azərbaycan klubu Qazaxıstan təmsilçisinə qalib gəldi

Azərbaycanın kişi həndbolçularından ibarət “Azəryol” komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın “Turan” klubu ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 34:28 hesablı qələbəsi ilə yekunlaşıb.

Təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan “Turan” komandası Bakıda daha bir neçə yoxlama matçı keçirməyi planlaşdırır.

“AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə noyabrın 6-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər