Azərbaycan klubu Çində

Azərbaycan klubu Çində

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçiriləcək daha bir çoxgünlük yarışda mübarizə aparacaq. Fanat.az xəbər verir ki, velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunacaq "Tour of Taihu Lake" yürüşündə çıxış edəcəklər. 

Noyabrın 1-də start götürəcək 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir. Yürüşdə iştirak edəcək heyətə gəlincə, Çində 2 gün öncə başa çatan Haynan Turunda mübarizə aparmış 7 velosipedçidən yalnız biri "Tour of Taihu Lake" yarışında iştirak etməyəcək - bu, Kristof Şvayzerdi.

"Synergy Baku"nun "Tour of Taihu Lake" yürüşü üçün heyəti: Maksim Averin, Elçin Əsədov, Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Ənvər Asanov və İsmayıl İlyasov.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər