Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəldi

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəldi

Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 1/8 finalda Rumıniyanın "Old Boys" klubu ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib.

1/4 final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Rəqib hələlik dəqiqləşməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər