Azərbaycan klubu çempionatdan imtina edir

Azərbaycan klubu çempionatdan imtina edir

Futzal üzrə "Fener" klubunun prezidenti Turqay Fərzəliyev Ukraynaya işgüzar səfər edib. Fanat.az xəbər verir ki, yerli mətbuata verdiyi müsahibədə Fərzəliyev Azərbaycan çempionatından imtina edəcəklərini açıqlayıb.

Çempionluq uğrunda "Xəzər adaları" ilə mübarizə aparan "Fener"in sıxışdırıldığını bildirən klub sahibi əsas rəqiblərinin Futzal Federasiyasına məxsus olduğunu bəyan edib: "Bilirsiniz, "Xəzər adaları" çox şeyi istədiyi kimi etdirir. Əslində Federasiya rəqibimiz tərəfindən idarə olunur. Məsələn, çoxsaylı zədəliləri varsa, çempionat oyununu təxirə salırlar. Son 3 ayda cəmi 1 oyun keçirmişik. Çünki onların sıralarında çoxsaylı zədəli oyunçular var. Ümumilikdə "Xəzər adaları" bizim tərəf müqabili və dostlarımızdı. Ancaq idman idmandı və bizi hadisələrin bu cür axarı qane etmir. Növbəti mövsümdən etibarən Azərbaycan çempionatında oynamaqdan imtina etməyi düşünürük. Komandanı başqa ölkədə qeydiyyatdan keçirməyi planlaşdırıram".

Klub prezidenti komandasının hansı ölkədə çıxış edəcəyinə dair sualı da cavablandırıb: "Ukraynada oynamaq istəyirik. Əgər bu ölkənin Futzal Federasiyası ilə ortaq məxrəcə gəlsək, növbəti mövsümdən burda oynayacağıq.  Ukraynada bizi hər şey qane edir, təşkilatçılıq da ən yüksək səviyyədədi. Biz futzxalı inkişaf etdirmək istəyirik və hər şeyin şəffaf olduğu yerdə çıxış etmək niyyətindəyik". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər