Azərbaycan klubu Almaniyada qələbə qazandı

Azərbaycan klubu Almaniyada qələbə qazandı
Qadın voleybolçular arasında CEV Kubokunun 2014/15 mövsümə start verilib. Fanat.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində "İqtisadçı"nın fəaliyyətini dayandırmasından sonra Azərbaycanı təmsil edən yeganə komanda olan "Lokomotiv" səfərdə meydana çıxıb.
Ardıcıl ikinci dəfə bu turnirdə çıxış edən “dəmiryolçular” mübarizəyə 1/16 final mərhələsi çərçivəsində Almaniyanın “Rote Raben” klubunun qonağı olub. Oyun təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
CEV Kuboku
1/16 final
İlk oyun
12 noyabr
Rote Raben (Almaniya) - Lokomotiv (Azərbaycan) 0:3 (17:25; 24:26; 22:25)
Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya).
Filsbiburq. Top Oyunları Sarayı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər