Azərbaycan İtaliyaya uduzdu

Azərbaycan İtaliyaya uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının II qrup mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda məğlub olub. Fanat.az xəbər verir ki, yığmamız İtaliyaya 1:3 hesabı ilə məğlub olub.

Meydan sahiblərinə ciddi müqavimət göstərməyi bacaran komandamız yekunda 1:3 hesablı məğlubiyyətlə barışıb. İlk hissəni 25:19 hesablı qələbəylə başa vuran İtaliya, II setdə də üstün olub - 25:21. Bundan sonra qızlarımız təşəbbüsə yiyələniblər və III hissədə 25:21 hesablı qələbəni təmin ediblər. 

Təəssüf ki, IV setin sonunda millimiz büdrəyib və 23:25 hesabı ilə yenilib. Nəticədə İtaliya3:1 hesablı qələbəni təmin edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər