Azərbaycan gimnastları “AGF Trophy”də gümüş medal qazanıblar

Azərbaycan gimnastları “AGF Trophy”də gümüş medal qazanıblar

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə böyüklər kateqoriyasında komanda hesabında qaliblər bəlli olub.

AİN qızıl, Azərbaycan komandası isə gümüş medala yiyələnib. Üçüncü yeri Qırğızıstan komandası tutub.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər