Azərbaycan gimnastları İsveçrədə 4 medal qazandılar

Azərbaycan gimnastları İsveçrədə 4 medal qazandılar

İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda Azərbaycan idmançıları 2-si qızıl, 2-si bürünc olmaqla 4 medal qazanıblar.

Fanat.Az xəbər verir ki, fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medal qazanıb.

Sinxron çıxışlarda isə Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova - Samirə Hüseynova cütlüyü isə bürünc medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər