Azərbaycan futbol üzrə dünya çempionatı keçirmək istəyir

Azərbaycan futbol üzrə dünya çempionatı keçirmək istəyir

Azərbaycanda növbəti dünya çempionatı keçirilə bilər. Fanat.az xəbər verir ki, bu barədə FIFA-nın prezidenti Canni İnfantino məlumat verib.

Ali futbol qurumunun rəhbəri deyib ki, "DÇ-2026"nı keçirmək istəyən ölkələr artıq məlumdu. Onların sırasında Azərbaycan və Türkiyənin birgə müraciəti də yer alır. Mundialı Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, müştərək olaraq Avstraliya və Yeni Zellandiya da keçirmək istəyir. Amma hazırda bu ölkələrin hamısı rəsmi müraciət göndərməyiblər.

Qeyd edək ki, "DÇ-2018" Rusiyada, "DÇ-2022" Qətərdə keçiriləcək. Azərbaycan "AVRO-2020"nin final mərhələsinin dörd matçını qəbul edəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər