Azərbaycan futbol ailəsinin 80000-ci üzvü

Azərbaycan futbol ailəsinin 80000-ci üzvü
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemi yaradılıb.
 
Fanat.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80000-ci üzvü AFFA-nın həyata keçirdiyi “Coca-Cola Məktəbli Kuboku” turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər