Azərbaycan derbisi FIFA referisinə tapşırıldı

Azərbaycan derbisi FIFA referisinə tapşırıldı
Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. Fanat.az хəbər verir ki, turun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşması FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
Digər FIFA referilərinə gəlincə, Rəhim Həsənov "Qəbələ" - "Xəzər Lənkəran", Orхan Məmmədov "Simurq" - "Sumqayıt" oyunlarında fit çalacaq. AZAL-la "İnter" arasındakı oyunu isə sabiq FIFA referisi Fariz Yusifov idarə edəcək.
Qeyd edək ki, AZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib.
19 fevral
AZAL - İnter
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
"AZAL Arena". Saat 15.00.
Qəbələ - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. Saat 17.00.
Simurq - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala şəhər stadionu. Saat 17.00.
Neftçi - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif  Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". Saat 19.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər