Azərbaycan derbisi: Cavid yenə qol vurdu

Azərbaycan derbisi: Cavid yenə qol vurdu
Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, dünən bu liqada Azərbaycan derbisi baş tutub.
Belə ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" Cavid İmamverdiyevin forma geyindiyi "Elazığspor"u qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. 38-ci dəqiqədə rəqib qapısına yol tapan Cavid hesabı 1:1 edib. Bu futbolçumuzun Türkiyədə ardıcıl ikinci qolu olub. O, ötən tur "Orduspor"la matçda da qol vurmuşdu. 
Ufuk Budakla Cavid İmamverdiyev start heyətində yer alıb. Ufuk 46-cı, Cavid 80-ci dəqiqədə əvəzlənib. Vaqif Cavadov 73-cü, Rəhman Hacıyev 87-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Elazığspor" 5 turda 5 xal qazanıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Qaziantep BB" isə 4 xalla 15-ci yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər