Azərbaycan cüdoçuları Rumıniyada yarışacaq

Azərbaycan cüdoçuları Rumıniyada yarışacaq

2-3 iyulda Rumıniyanın Kluj-Napoka şəhərində Açıq Avropa turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, ölkəmizi yarışda 14 kişi və 3 qadın idmançı təmsil edəcək. 

Kişilərdən ibarət komanda böyük məşqçi Elçin İsmayılov və məşqçi Mehman Əzizovun, qadınlardan ibarət yığma isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında  çıxış edəcək.

ACF-nin “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.

Turnirdə 33 ölkədən ümumilikdə 62 qadın və 150 kişi cüdoçu mübarizə aparacaq. 

Kişilər

60 kq Rəşad Yelkiyev Nazir Talıbov

66 kq Ruslan Paşayev Tofiq Məmmədov Tofiq Əliyev Elçin Hüseynov

73 kq Nəriman Mirzəyev Telman Vəliyev Nurlan Osmanov Zaməddin Poladov

81 kq Hasil Cəfərov Kərim Allahverdiyev

90 kq Murad Fətiyev

+100 kq İmran Yusifov 

Qadınlar

48 kq Ramilə Əliyeva

70 kq Südabə Ağayeva Günel Həsənli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər