2015/16 mövsümündə Çempionlar Liqasına qatılacaq 11 komanda artıq müəyyənləşib. Fanat.az xəbər verir ki, bu komandalar çempionatları yaz-payız sistemi üzrə keçirilən ölkələri təmsil edib.
Estoniya və Farer adalarının çempiontarı mübarizəyə I təsnifat mərhələsindən qatılacaq. Belarus, İsveç, Norveç, Qazaxıstan, Finlandiya, İslandiya, Latviya, Litva və İrlandiya çempionları isə II təsnifat mərhələsində yarışacaq.
Qeyd edək ki, Azərbaycan çempionu da II təsnifat mərhələsində mübarizəyə başlayacaq. Bu isə aşağıda təqdim etdiyimiz 11 komandanın hamısının çempionumuzla qarşılaşa bilməsi deməkdi.
II təsnifat mərhələsində ümumilikdə 30 komanda mübarizə aparacaq. Onlardan 4-ü I təsnifat mərhələsinin qalibləri olacaq.
I təsnifat mərhələsi
1. Levadia (Estoniya)
2. B36 Torşavn (Farer adaları)
II təsnifat mərhələsi
1. BATE (Belarus)
2. Malmö (İsveç)
3. Molde (Norveç)
4. Astana (Qazaxıstan)
5. HİK (Finlandiya)
6. Styarnan (İslandiya)
7. Ventspils (Latviya)
8. Jalgiris (Litva)
9. Dundalk (İrlandiya)
Fanat.az