Bu gün Lüksemburqda qadın voleybolçular arasında CEV Kubokunun "Çelenc raund"unun püşkü atılıb. Fanat.az xəbər verir ki, Lüksemburqda keçirilən mərasimdə "Rabitə"nin rəqibi müəyyənləşib.
Çempionlar Liqasınıda mübarizəni dayandıran Azərbaycan çempionu Fransa klunbuna rəqib olub. Belə ki, "Rabitə" "Beziers"lə qarşılaşacaq.
Qeyd edək ki, "Çelenc raund"un ilk oyunları martın 3-5-də, cavab matçları 1 həftə sonra keçiriləcək.
CEV Kuboku
Çelenc raund
Dinamo (Rusiya, Krasnodar) - Nant (Fransa)
Beziers (Fransa) - Rabitə (Azərbaycan)
Omiçka (Rusiya) - Qalatasaray (Türkiyə)
Ştiinta (Rumıniya) - Atom (Polşa)
Fanat.az