Azərbaycan çempionu "Srvena Zvezda"nı yendi

Azərbaycan çempionu "Srvena Zvezda"nı yendi
Qadın həndbolçular arasında "Çelenc Cup"ın III təsnifat mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, ABU klubu ilk görüşünü keçirib.
Konstantin Ruvinskinin başçılıq etdiyi komandamız Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşıb. Görüşdə ABU rəqibini məğlub etməyi bacarıb - 31:29.
 
Gərgin keçən matçın ilk hissəsi də təmsilçimizin böyük üstünlüyü ilə (20:13) başa çatıb. Komandamızın heyətində İrina Qasımova, Günel Əliyeva, Marta Abbasova və İnarə Yusubova hərəyə 6, Səbinə Deqtiaryeva 4, Ülviyyə Şərifova 2, Olqa Poqonina isə 1 dəfə fərqlənib.
 
Qeyd edək ki, 19 idmançı ilə mübarizəyə başlayan ABU “Srvena Zvezda” ilə ikinci oyununu bu gün keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər