Azərbaycan çempionu qisasını aldı

Azərbaycan çempionu qisasını aldı
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunları davam edir. Fanat.az хəbər ğverir ki, "Rabitə" Çexiyanın "Agel" klubunu qəbul edib. 
İlk dövrənin son görüşündə səfərdə rəqibinə tay-brekdə uduzan son illərin dəyişməz Azərbaycan çempionu Bakıda qisas almağı bacarıb. Komandamız "Agel"ə 3:1 hesabı ilə qalib gəlib. 
Aktivinə daha 3 xal əlavə edən "Rabitə" pley-off istəyinə bir qədər də yaxınlaşmaqla yanaşı, CEV Kubokuna vəsiqəni təmin edib. Bakı təmsilçisinin Çempionlar Liqasında yoluna davam etmək üçün V turda da eyni uğuru təkrarlamalıdı. Çünki 6 xala malik “Rabitə” ilə “Dinamo” ikinci yerin taleyinə Kazanda baş tutacaq matçda aydınlıq gətirəcək.
  
Qeyd edək ki, qrupun digər oyununda "Ximik" (Polşa) "Dinamo"ya (Rusiya, Kazan) 3:1 (16:25: 25:14: 25:19; 25:22) hesabı ilə qalib gəlib.
Voleybol
Çempionlar Liqası
A qrupu, IV tur
15 yanvar
Rabitə (Azərbaycan) - Agel (Çexiya) 3:1 (25:21, 25:12, 23:25, 25:15)
Hakimlər: Salviss Kurtiss (Latviya), Mifxaylo Medved (Ukrayna).
"Sərhədçi" Olimpiya Mərkəzi.

№

 Komanda

O

Q

M

S

T

X

1

 Ximik

4

3

1

11-4

338-312

10

2

 Dinamo

4

2

2

9-8

371-361

6

3

 Rabitə

4

2

2

8-9

377-361

6

4

 Agel

4

1

3

4-11

304-356

2

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər