Azərbaycan çempionu mövsümə məğlubiyyətlə başladı

Azərbaycan çempionu mövsümə məğlubiyyətlə başladı

Qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqasında mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, son illərin dəyişməz Azərbaycan çempionu Polşanın "Ximik" klubunun qonağı olub.

Meydan sahibləri təmsilçimizə heç bir şans verməyib. Belə ki, "Rabitə" 0:3 hesabı ilə uduzub. 

Qrupun digər matçında yarışın son qalibi olan Kazan “Dinamo”su Rusiyada Çexiya çempionu “Agel”i qəbul edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizə aparan digər təmsilçimiz "Azəryol" bu gün Fransa "Nant"nı məğlub edib - 3:2.

Çempionlar Liqası

A qrupu, I tur

12 noyabr

Ximik (Polşa) - Rabitə (Azərbaycan) 3:0 (25:22; 25:19; 25:18)

Hakimlər: Jolt Mezöffi (Macarıstan), Ahti Huntaniska (Finlandiya).

Şetsin. Vidoviskovo sarayı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər