Azərbaycan çempionu Krasnodarda uduzdu

Azərbaycan çempionu Krasnodarda uduzdu

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” ilk matçına səfərdə çıxıb.

 

Bakı klubu Krasnodar “Dinamo”sunun qonağı olub. Zoran Qayıçin yetirmələri səfərdə yarışın favoritlərindən sayılan rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, CEV kubokunun digər yarımfinal oyununda Polşa “Atom”u Türkiyə “Qalatasaray”ı ilə üz-üzə gəlib. İstanbul təmsilçisi ilk görüşdə məğlub olub - 0:3.

 

CEV kuboku

1/2 final

İlk oyun

24 fevral

Dinamo (Rusiya) - Rabitə (Azərbaycan) 3:1 (25:20; 18:25; 25:23; 25:22)

Hakimlər: Ahti Huntaniska (Finlandiya), Stefan Qrieder (İsveçrə).

Krasnodar, “Olimp” İdman Sarayı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər