"Rabitə" voleybol klubunun baş məşqçisi dəyişdirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionunua rəhbərlik edən Deyan Brdjoviç istefaya göndərilib.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, "Rabitə" Çempionlar Liqasında çıxış etdiyi bütün illərdə mərhələ adlasa da, bu dəfə 6 oyundan 4-də uduzmaqla, CEV Kubokuna enib. Həmçinin, Azərbaycan Super Liqasında XII turdan sonra lider olsa da, passivində 2 məğlubiyyət var.
Fanat.az