Azərbaycan çempionu Avropadan getdi

Azərbaycan çempionu Avropadan getdi

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab matçı keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” Bakıda Krasnodar “Dinamo”sunu qəbul edib.

 

Avrokubokdakı yeganə təmsilçimiz 0:3 hesabı ilə yenilib. İlk oyunda da 1:3 hesabı ilə uduzan "Rabitə" avrokuboklarsa mübarizəni dayandırıb.

Bununla da klublarımız üçün avrokubokun 2014/2015 mövsümü başa çatıb. “Azərreyl”, “Lokomotiv” və “Azəryol”un ardınca “Rabitə” də qitəmiqyaslı oyunlara vida edib.

 

CEV kuboku

Yarımfinal

Cavab oyunu

28 mart

Rabitə (Azərbaycan) - Dinamo (Rusiya) 0:3 (23:25, 19:25, 20:25)

Hakimlər: Çavdar Maryev (Belarus), Qyula Tillmann (Macarıstan).

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər