Azərbaycan çempionatlarında 2014/15 mövsümündə vurulan qolların sayı müəyyənləşib. Fanat.az хəbər verir ki, Premyer Liqa, əvəzedici heyətlərin çempionatı və I divizionun 415 oyununda qapılara ümumilikdə 1186 qol qeydə alınıb. Bu isə hər oyuna orta hesabla 2,85 top deməkdi.
Premyer Liqanın 116 oyununda 283 qol vurulub - orta hesabla 2,43. Əvəzedicilərin çempionatının eyni sayda oyununda 364 qol qeydə alınıb ki, bu da orta hesabla hər matça 3,13 top deməkdi. Yeri gəlmişkən bu birincilik 3 çempionat arasında ən məhsuldarıdı. I divizionda isə bu rəqəm 183 oyunda 539-du - orta hesabla 2,94.
Qeyd edək ki, Premyer Liqada və I divizionda verilən teхniki məğlubiyyətlər (0:3) top fərqində qeydə alınıb.
| Turnir | Qol | Oyun | Orta hesabla |
| Premyer Liqa | 283 | 116 | 2.43 |
| Əvəzedici heyətlər | 364 | 116 | 3.13 |
| I divizion | 539 | 183 | 2.94 |
| Cəmi | 1186 | 415 | 2.85 |
Fanat.az