Futzal üzrə Azərbaycan çempionatında dava düşüb. Fanat.az xəbər verir ki, ölkə birinciliyinin birinci dəstəsində baş tutan “Çevik” - “Qədimqala” matçının 14-cü dəqiqəsində iki komandanın üzvləri dalaşıb.
AFFA İntizam Komitəsi “Çevik”dən Emin Rzayevi, Vüqar Sadıxovu, Vüqar Mehdiyevi, “Qədimqala”dan isə Fərid Quliyevi və Səbuhi Məmmədovu dava-dalaşda iştirak etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 5 oyunluq cəzalandırıb.
Fanat.az